AZƏRTAC xəbər verir ki, o, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.
Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə İrəvan şəhərinə, - aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.
Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl 4 nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən "yoxlama vuruşu” ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.
O, təqsirləndirilən şəxs Davit İşxanyananın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.
2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.
10Sources
-
azertag.azVətən müharibəsində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim ( 20118258)
-
7news.azErmənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim ( 20117067)
-
axar.azƏsir düşdükdən sonra ermənilər məni güllələdi... ( 20116701)
-
buta.tvƏsir düşdükdən sonra ermənilər məni güllələdi... ( 20116539)
-
axar.azƏsir düşdükdən sonra ermənilər məni güllələdi... ( 20116491)
-
demokrat.azZərərçəkmiş: Əsir götürüldükdən sonra güllələndim ( 20115966)
-
baki-xeber.com"Əsir götürüldükdən sonra güllələndim" - Vətən müharibəsində zərər çəkmiş azərbaycanlı ( 20115081)
-
yeniavaz.comƏsir düşən azərbaycanlı Babayan və İşxanyanın suallarını cavabladı ( 20114547)
-
azpolitika.info“Əsir götürüldükdən sonra güllələndim” MƏHKƏMƏ ( 20114073)
-
news.milli.azVətən müharibəsində zərər çəkmiş azərbaycanlı: Əsir götürüldükdən sonra güllələndim ( 20113803)