Siriusda (Soçi, Rusiya) bazarda satılan alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb.
Bakues.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“İstintaq Komitəsinin müstəntiqi bildirib ki, ilkin məlumata görə, alkoqoldan zəhərlənmə nəticəsində azı 10 nəfər ölüb”, – məlumatda bildirilib.
Təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.