EN

Məşhur moda brendinin sahibi lüks yaxtada ölü tapıldı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Moda brendi "East x East"in təsisçisi Marta Nolan-O’Slatarra Nyu-Yorkda Montauk yaxta klubunda ölü tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

33 yaşlı İrlandiya əsilli iş xanımı gecəyarısı “Ripple” adlı yaxtada, huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun nəfəs və ürək döyüntülərinin olmadığını müəyyən ediblər.

Şahidlərin sözlərinə görə, yaxta Nolan-O’Slatarranın sevgilisinə məxsusdur.

Hadisənin təfərrüatları araşdırılır.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
4
unikal.az

8Sources