Çinin cənubundakı Quandun əyalətində leysan yağışlar daşqınlara səbəb olub.
Publika.az xəbər verir ki, bölgədə dörd çayın daşması nəticəsində küçələr su altında qalıb.
Fəlakət zonasından 7500-dən çox insan təxliyə edilib. Baiyun hava limanında 363 reys ləğv edilib, 311 reys gecikib.
Güclü yağışlar Honq-Konqa da təsir edib. Şəhərdə bir xəstəxananı su basıb, təcili yardım otağı saatlarla fəaliyyət göstərə bilməyib. Bildirilib ki, yağıntıların cümə günü zəifləyəcəyi gözlənilir.
Qeyd edək ki, bu, 1884-cü ildən bəri qeydə alınan ən güclü avqust yağışı kimi qiymətləndirilir.