EN

Ceyms Maddison uzun müddətə sıradan çıxdı

“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Maddison ağır zədə alıb.

İdmanxeber.az  xəbər verir ki, 27 yaşlı futbolçu “Nyukasl”la yoxlama oyununda dizindən zədələnərək xərəkdə meydanı tərk edib. Müayinələr nəticəsində Maddisonun ön çarpaz bağlarının qopduğu məlum olub.

Futbolçu yaxın günlərdə əməliyyat olunacaq və mövsümün böyük hissəsini buraxacaq. “Tottenhem” də zədənin ciddiliyini rəsmi şəkildə təsdiqləyib.

 

 

Chosen
51
1
idmanxeber.az

2Sources