EN

Sərtan Taşkın: "Ümid edirəm ki, ilk "11-liy"ə düşə biləcəyəm"

Futbol üzrə Azərbaycan millisinin formasını geyinmiş Sərtan Taşkın mövsümlərarası fasilədə "Sumqayıt"dan Türkiyə 1-ci Liqasına yüksələn "Serik Belediyespor"a keçib.

27 yaşlı futbolçu İdman.biz-ə açıqlamasında yeni komandasının qarşıdakı mövsümə hazırlığından danışıb.

O, "Serik Belediyespor"da işlərinin qaydasında olduğunu, uyğunlaşma prosesinin çətin keçmədiyini deyir: "Komanda yoldaşlarımın çoxu yenidir, heyət təzə yığılıb. O səbəbdən hamı bir-birinə dəstək olur. Komandamız Antalya bölgəsində yerləşir. Bu həftə yeni mövsüm başlayır. Kiçik toplanışdayıq, oyuna hazırlaşırıq. İstanbula yola düşəcəyik. Avqustun 9-da "İstanbulspor"la oyunumuz var".

Sərtan komandanın rusiyalı baş məşqçisi Sergey Yuranın etimadını qazanıb, əsas heyətin üzvü olacağına inandığını deyib: "Komandaya bir az gec qoşulduğumdan, birinci təlim-məşq toplanışında qatılmamışam. İkinci toplanışdan məşqlərdə iştirak edirəm. Məşqçinin mənə yanaşması yaxşıdır. Əsas heyətdə oynamaq üçün özümü göstərməliyəm. Ümid edirəm ki, ilk "11-liy"ə düşə biləcəyəm".

Qeyd edək ki, "Serik Belediyespor"la 1 il müddətinə müqavilə imzalayan Sərtan Taşkın 2024-cü ildə Türkiyədə "Manisa"da çıxış edib.

İdman.biz

Məqalədə:
Chosen
8
1
idman.biz

2Sources