EN

“Sovetski”dəki söküntü daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır - İcra Hakimiyyəti

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski”kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalıvəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binalarınsöküntüsünə start verilib. Həm sakinlərin təhlükəsizliyi, həm dəşəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün dahasəmərəli və faydalı layihələrin reallaşdırılmasına zəminyaradır.

Trend xəbərverir ki, bu barədə Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiriElnur Abbaszadə bildirib.

"Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsisayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb. Şəhərinmərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetikdeyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərinmədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerliəhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb.

Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha dagenişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, birsıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə vəşəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir", -o qeyd edib.

Chosen
23
49
az.trend.az

10Sources