Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü şəhər sakini Qəfərov Zeynal Səhlədar oğlu Sumqayıtçay qəsəbəsi ərazisində, Bakı-Quba yolunun 30-cu kilometrliyində hərəkətdə olarkən idarə etdiyi velosipeddən yıxılıb.
İlkin ehtimallara görə, o, yıxılarkən başı yerə dəyib və aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.