EN

Eyyub Kərimli: “... Azərbaycanın səhm bazarına və manatın sabitliyinə müsbət təsir edə bilər”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında qlobal indekslərin artmasının Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu artım həm qlobal, həm də milli səviyyədə mühüm təsirlərə səbəb ola bilər. Ekspert bildirib ki, qlobal səviyyədə investorların daha yüksək gəlir gözləntiləri inkişaf etməkdə olan bazarlara – o cümlədən Azərbaycana – kapital axınlarını artıra bilər. Bu da portfel investisiyaların həcminin genişlənməsinə, səhm bazarına marağın artmasına və sərmayələrin diversifikasiyasına şərait yarada bilər.

“Azərbaycan kimi ölkələr üçün bu xarici investisiyaların artması və manata olan tələbin yüksəlməsi ilə nəticələnə bilər. Bu isə öz növbəsində milli valyutanın məzənnəsinə müsbət təsir edə bilər. Portfel investisiyalarının həcmi arta, səhm bazarlarına maraq genişlənə, sərmayələr diversifikasiya oluna bilər. Beləliklə, Azərbaycan kimi ölkələrə də investisiyalar yönələ bilər. Bu proseslərin milli valyutaya da təsirləri ola bilər. Kapital axınının artması ölkəmizə xarici investisiyaların cəlb olunmasına, bunun nəticəsində isə manata olan tələbin yüksəlməsinə səbəb olar ki, bu da manatın məzənnəsinə müsbət təsir edə bilər. Qlobal iqtisadi artım həmçinin neft və qaz ixracına da təsir göstərə bilər ki, bu da ölkəmizin valyuta ehtiyatlarının artmasına gətirib çıxarar. Əlbəttə ki, bu proseslərin mənfi təsirləri də istisna deyil. Belə ki, dolların güclənməsi manata təzyiqləri artıra və idxal olunan məhsulların bahalaşmasına səbəb ola bilər".

Ekspert yekunda qeyd edib ki, səhm bazarının inkişafı, kapitallaşmanın artması, manatın sabitliyinin güclənməsi və real sektorun maliyyələşməsi baxımından bu proseslərin Azərbaycana müsbət təsirləri üstünlük təşkil edə bilər.

 

Pərvanə Fərhadqızı

 

Chosen
56
qht.az

1Sources