EN

Zəng etmək bəhanəsi ilə telefonunu və qızıllarını alıb qaçdı

ain.az, Lent az saytına istinadən bildirir.

Nəsimi rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, naməlum şəxs bir nəfər qadına yaxınlaşaraq “zəng etmək” bəhanəsi ilə aldatmaqla əvvəlcə mobil telefonunu, ardınca isə zərərçəkənə zor tətbiq etməklə qızıl-zinət əşyasını ələ keçirib.

Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı İ.Şahbazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
lent.az

1Sources