EN

İlin ilk yarısında neçə nəfər icbari tibbi sığorta ilə xidmət alıb? - RƏSMİ

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövləttibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində 3.6milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciətedib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, göstərilən xidmət sayı isə 44.2 milyon olub. Ənçox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbimüayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyətsisteminin xəstəlikləri gəlir.

"Habelə, sözügedən tibb müəssisələrində 18 milyon 523 mindən çoxlaborator tibbi xidmət göstərilib. Ən çox müraciət edilən laboratoranalizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanınmiqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də protrombinzamanı (PT) kimi müayinələr daxildir.

Cari ilin ilk yarımilliyində İcbari Tibbi Sığorta üzrə DövlətAgentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlətorqanlarının tabeliyində olan tibb müəssisələri) 154 987 göndərişverilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alanvətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığortailə 64 983 əməliyyat və prosedurdan yararlanıb. Əsasən, invazivradiologiya, oftalmoloji, ürək-damar xəstəlikləri üzrə xidmətlərüstünlük təşkil edib", - deyə məlumatda qeyd edilib.

Chosen
83
21
az.trend.az

10Sources