EN

“Sabah”la oyundan əvvəl “Mavi Bayram”

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün “Levski”nin qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Bolqarıstanda baş tutacaq oyundan əvvəl görüşün keçiriləcəyi “Georgi Asparuhov” adına stadionda “Mavi Bayram” təşkil olunacaq. Bolqarıstanlı aktyor Pavel İvanov komandaya dəstək məqsədilə arenada olacaq və matçdan öncə azarkeşlərlə görüşəcək. Tədbir 1 saat davam edəcək.

“Levski” – “Sabah” oyunu saat 22:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü avqustun 14-də olacaq.

Chosen
34
1
futbolpress.az

2Sources