EN

Cəlilabadda yol qəzası oldu: Bir nəfər xəsarət aldı

CƏLİLABAD, 7 avqust. TELEQRAF

Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

İlkin məlumata görə, Astara istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil ilə “Samand” markalı digər nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
107
50
teleqraf.com

10Sources