EN

"Karvan-Yevlax" yeni transfer reallaşdırdı

"Karvan-Yevlax" komandası növbəti transferini həyata keçirib.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb. 

Bölgə təmsilçisi Vitor Roxanı heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanxoanense” klubunda forma geyinib.

Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Chosen
38
fanat.az

1Sources