Xəbər verdiyimiz kimi, Azərbaycanın milli aviadaşıyıcısı AZAL sentyabr ayından etibarən İranın Təbriz və Tehran şəhərlərinə uçuşlarını bərpa edir.
Operativ Media hər iki istiqamət üzrə aviabiletlərin qiymətlərini araşdırıb.
Belə ki, AZAL-ın Bakı–Təbriz reysi üzrə bir sərnişin üçün biletin qiyməti 186 manatdan, Bakı–Tehran reysi üzrə isə 160 manatdan başlayır.
Qeyd edək ki, Bakı–Tehran reysləri 1 sentyabr tarixindən, Bakı–Təbriz reysləri isə 3 sentyabr tarixindən etibarən bərpa olunur.