EN

Rəqəmsal sirr və şəxsi məlumatların qorunması necə təmin edilir?

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Məsələn, bir müəssisənin müştəri məlumatları kiberhücum nəticəsində sızdırılır.

Rəqəmsal məlumatların qorunması sahəsində müəssisənin öhdəlikləri və pozulması halında hüquqi nəticələri nədir?

Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya danışıb:

“Azərbaycanın “Fərdi məlumatların qorunması haqqında” qanununa əsasən, müəssisələr müştəri məlumatlarının təhlükəsizliyini təmin etməli və kiberhücum nəticəsində yaranan zərərin qarşısını almaq üçün bütün tədbirləri görməlidirlər. Bu qanuna əməl olunmaması halında, müəssisəyə inzibati cəza tətbiq edilə və zərərçəkmişlərə təzminat ödənilməsi tələb oluna bilər”,- deyə o, bildirib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
icma.az

1Sources