EN

Azərbaycan Akkreditasiya Mərkəzi Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına tamhüquqlu üzv qəbul olunub

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan AkkreditasiyaMərkəzi (AzAK) Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-SakitOkean Akkreditasiya Əməkdaşlığına ISO/IEC 17025:2017 beynəlxalqstandartı üzrə tamhüquqlu üzv qəbul olunub.

Bu barədə Trendagentliyə istinadən xəbər verir.

Bildirilib ki, Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığınatamhüquqlu üzvlük Azərbaycanın akkreditasiya sisteminin Asiya-SakitOkean regionunda tanınmasına, eləcə də, sınaq və kalibrləmənəticələrinin etibarlılığına zəmin yaradacaq.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinintabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK)Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarınınsəlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrətamhüquqlu üzv qəbul edilib.

Vurğulanıb ki, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaqvə kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluqsənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-SakitOkean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digərüzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də,Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakınatöhfə verəcək.

"Qeyd olunmalıdır ki, AzAK tərəfindən 2024-cü ilin 30 iyultarixində APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı TanınmaRazılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edilib.Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiyatələblərinə uyğunluğunun qiymətləndirilməsi və inkişafperspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələritərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib. Aparılanqiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlımüraciəti qəbul edilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Millistandartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün DövlətProqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milliakkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğunqiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlaratələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması,müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlaratamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınmarazılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ınfəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədənakkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinəuyğunlaşdırılıb.

Chosen
103
9
az.trend.az

10Sources