EN

Neymar: “Braziliya millisinə qayıtmağa hazıram”

“Santos”un 33 yaşlı brazilyalı hücumçusu və kapitanı Neymar Braziliya millisinə qayıtmağa hazır olduğunu bəyan edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, “Ney” bu barədə Braziliya A Seriyasının 18-ci turunda evdə “Juventude” ilə oyunda dübarə qolla “balıqlar”a qələbə (3:1) gətirdikdən sonra danışıb:

“Mən, yaxşı oyun keçirdiyim üçün şadam, şadam ki, komandam qələbə qazandı. Bu, ən əsasıdır. Hamı mənim nəyə qadir olduğumu bilir. Mən əlçatanam və özümü yaxşı hiss edirəm. Odur ki, qərar vermək onların ixtiyarındadır (Braziliya millisinin məşqçilər qərargahının – redaktorun qeydi)”, deyə “Ney” vurğulayıb.

Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonunadək nəzərdə tutulub.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 17 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Braziiliyalı futbolçunun “Santos”da çıxışının ümümi mənzrəsi 242 oyun, 142 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Chosen
6
arena.az

1Sources