EN

Konfrans Liqası: Araz Naxçıvan Omoniya ya qalib gələ biləcəkmi?

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında növbəti oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı III təsnifat mərhələsinin ilk qarşılaşmasında Kipr “Omoniya”sının qonağı olacaq.

Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan "Aris"ini mübarizədən kənarlaşdıran "Araz-Naxçıvan" eyni uğuru təkrarlamağa çalışacaq. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda bunun üçün evdə qələbə qazanıb, səfərə rahat yollamağı planlaşdırır.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

7 avqust

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr)

Baş hakim: Andrjey Berka (Çexiya)

Bakı, "Dalğa Arena"

Qeyd edək ki, cavab oyunu avqustun 14-də səfərdə olacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
113
50
icma.az

10Sources