EN

Cazın əfsanəsi vəfat etdi

Ajans.az xəbər verir ki,ölümün səbəbi açıqlanmayıb. Yuxarı Manhettendəki İspan Harlem bölgəsində Puerto-Rikolu valideynlərin övladı olaraq dünyaya gələn Palmieri musiqiyə erkən yaşlardan maraq göstərib. O, fortepianoda ilk addımlarını atmış və 11 yaşında nüfuzlu Karnegi Hallda debüt etmişdi. Cəmi iki il sonra zərb alətlərinə marağı onu timballarda ifaya yönəltdi və əmisinin Latın caz orkestrinə qoşuldu. Lakin tezliklə yenidən fortepianoya qayıtdı və bu alətdə qazandığı uğurlarla dünya musiqisində silinməz iz qoydu. 1961-ci ildə qurduğuLa Perfectaansamblı ilə Palmieri salsa musiqisinə yeni nəfəs gətirdi. Trubalar əvəzinə trombonların istifadəsi ilə səsləndirdiyi dərin və güclü tonlar onun musiqisinin əsas xüsusiyyətinə çevrildi. Qrupun eyniadlı debüt albomu Latın musiqisi klassikası hesab olunur. Onun 1965-ci ildə yayımlanan “Azucar Pa’ Ti” (“Sənin üçün Şəkər”) albomu həm tənqidçilər, həm də dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Bu əsər rəqs meydanlarında sevilən hitə çevrildi və sonradan ABŞ Konqres Kitabxanası tərəfindən Milli Səsyazma Reyestrinə daxil edildi. 1971-ci ildə Palmierinin siyasi yüklü və janrları birləşdirən albomu “Harlem River Drive” işıq üzü gördü. Eyni ildə o, böyük qardaşı — orqan ifaçısı Charlie Palmieri ilə birlikdə “Vámonos Pa’l Monte” albomunu yazdı. Qardaşı 1988-ci ildə vəfat etmişdi. Palmierinin digər mühüm albomlarına “Justicia: Sun of Latin Music” (1974) və “The Truth: La Verdad” (1987) daxildir. O, yaradıcılığı boyunca Latın musiqisinin sərhədlərini genişləndirməyi bacardı. Yeddi onillikdən artıq davam edən karyerası ərzində Eddie Palmieri 10 Qremmi mükafatına, ABŞ Milli İncəsənət Fondunun “Caz Ustası” adına, həmçinin Latın Səsyazma İncəsənət və Elmlər Akademiyasının ömür boyu uğur mükafatına layiq görülüb.

Eddie Palmieri musiqi dünyasında təkcə caz və salsa janrlarının deyil, bütövlükdə Latın musiqisinin inkişafında mühüm rol oynamış dahi sənətkar kimi yadda qalacaq.

Chosen
48
43
Ajans.az

10Sources