EN

“Qarabağ”dan ayrılan Benzia bu kluba keçib

Yay fasiləsində “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.

Bakues.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fayha” ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Chosen
15
10
icma.az

10Sources