EN

Yunanıstan parlamentində türklərin təhsil məsələsi qaldırılıb

Yazını böyüt
Yazını kiçilt

Lozanna müqaviləsi ilə əldə etdikləri hüquqlardan məhrum olan Qərbi Trakya türkləri yaxşı təhsil almaq üçün lazımi imkanların olmadığını tez-tez dilə gətirirlər. Məhdud kvotalara görə Xanthidə (İskəçə) növbə sistemi tətbiq edən, lakin təzyiqdən sonra bu qərarından dönən Yunanıstan Qərbi Trakya türk şagirdlərini köhnə və bərbad binada təhsil almağa məcbur edir.

Hafta.az-ın yazdığına görə, Yunanıstan parlamentində məsələ qaldıran Xanthi millət vəkili Hüseyn Zeybək, "Problemin ciddiliyi lazımi səviyyədə qiymətləndirilməyib. Bununla belə, həm fərdi olaraq, həm də məktəb idarə heyətinin tərkibində bütün rəsmi orqanlara müraciət etdik. Bizə daima ötəri cavablar verildi. Biz bu cavabları qəbul etməyəcəyik" deyib.

Zeybək yeni məktəb binası ilə bağlı müraciətə cavab olaraq Təhsil Nazirliyinin təzyiqlər altında məktəbin qondarma təmiri üçün 37 min avro büdcə ayırdığını izah edib və məktəbin hazırda istifadəyə yararsız olduğunu vurğulayıb. Zeybək bildirib ki, indi Xanthi azlıqlarının orta məktəb-liseyi üçün lazım olan yeni binanın tikintisidir.

O, həmçinin demokratik yolla seçilən İcraiyyə Komitəsinin diqqətdən kənarda qaldığını qeyd edərək, "Nazirlik İcraiyyə Komitələrinin fəaliyyətini qadağan etməklə yanaşı, hökumətyönlü bələdiyyə sədrlərinin fəaliyyətinə icazə verir. Bu, açıq ayrı-seçkilikdir və qəbuledilməzdir" deyə etiraz edib.

Müfti seçkilərinə də toxunan Zeybək bildirib ki, azlığın öz müftisini seçmək hüququ var, dövlət tərəfindən qoyulan müfti xalqın inamını qazana bilməz.

Zeybək Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) azlıqların birliklərinin lehinə çıxardığı qərarların təcili şəkildə həyata keçirilməsini vurğulayaraq, azlıqların nümayəndələrinin səlahiyyətlərinə hörmət edilməsini, ayrı-seçkiliyə son qoyulmasını, demokratiya, bərabərlik və qanunun aliliyi prinsiplərinin təmin edilməsini tələb edib.

Chosen
2
hafta.az

1Sources