EN

Yaşıl çayın daha bir faydası üzə çıxdı: Bu xəstəliyin çarəsi ola bilər

Yaşıl çayın tərkibindəki maddələr Alzheimer xəstəliyi ilə mübarizə aparır.

Publika.az xəbər verir ki, nikotinamid (vitamin B3 ) ilə "epiqallocateşin qallat" adlı antioksidantın qarışımı Alzheimer xəstəliyinə qarşı təsirlidir.

Kaliforniya Universitetinin alimləri belə nəticəyə gəliblər.

Araşdırmanın nəticələri "GeroScience" jurnalında dərc olunub.

Laboratoriya şəraitində belə terapiya siçanların qocalmış neyronlarında "quanozin trifosfatın" (GTP) səviyyəsini bərpa edib və beynin özünü təmizləmə mexanizmlərini işə salıb.

Adı çəkilən maddələrin birləşməsi neyronların Alzheimer xəstəliyinin əsas əlamətlərindən biri olan amiloid zülallarından xilas olmasına da kömək edib.

“Yaşlandıqca beyin zədələnmiş komponentlərdən istifadə etmək qabiliyyətini itirir. Biz aşkar etdik ki, GTP səviyyələrinin artırılması bu funksiyanı bərpa edə bilər”, - tədqiqatın aparıcı müəllifi Qreqori Bryuver bildirib.

Chosen
30
publika.az

1Sources