EN

Tramp: Əgər İran nüvə potensialını bərpa etməyə cəhd etsə, ABŞ qayıdacaq

BAKI, 7 avqust. TELEQRAF

Əgər Tehran nüvə potensialını bərpa etməyə cəhd etsə, ABŞ İrana yenidən zərbə endirə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyərək Yaxın Şərqdəki müharibələri dayandırdıq. Onlar hər şeyə yenidən başlayacaqlarını deyə bilərlər, amma bu, onlar üçün çox təhlükəli addım olacaq, çünki biz qayıdacağıq", - o bildirib.

"Onlar başlayan kimi, biz qayıdacağıq. Düşünürəm ki, onlar bunu başa düşürlər", - Tramp əlavə edib.

Chosen
44
teleqraf.com

1Sources