ABŞ prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə görüşə hazırdır..
ABŞ prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə görüşə hazırdır. RİA Novosti AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib.
"Prezident [Tramp] həm prezident Putin, həm də Zelenski ilə görüşə açıqdır", - Ağ Evin sözçüsü bildirib.
Bundan əvvəl New York Times Trampın gələn həftə Putinlə şəxsən görüşmək niyyətində olduğunu yazmışdı. Qəzetin yazdığına görə, Amerika lideri tezliklə Rusiya və Ukrayna liderləri ilə görüşməyi planlaşdırır.