EN

Yeni dünya rekordu vurmaq istəyirdi canından oldu

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-də yerüstü nəqliyyat vasitəsilə ilə yeni dünya rekordu vurmaq istəyən pilot Kris Raşke həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun idarə etdiyi və raketə bənzəyən "Speed Demon" avtomobili startdan 3,6 km sonra 457 km/saat sürət yığdığı zaman aşıb.

Hadisə Yuta ştatında, qurumuş Bonnevill gölünün ərazisində baş verib. Burada avtomobilləri yüksək sürətlə idarə etmək üçün 2 yol var. Qəzadan sonra həkimlər Krisə ilkin yardım göstəriblər. Amma 60 yaşlı pilot xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzanın səbəbləri dəqiq bilinmir. İlkin versiya kimi 40 illik təcrübəyə malik Raşkenin idarəetməni itirməsi göstərilir. Başqa bir versiya kimi isə hava şəraiti irəli sürülür.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
525.az

1Sources