EN

Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük addımı Ermənistanın Çinlə münasibətlərini normallaşdıra bilər

Bizimyol saytına istinadən ain.az xəbər verir.

"Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib". Bu barədə baş nazir Nikol Paşinyan məlumat verib. Baş nazir deyib ki, üzvlük müraciəti respublikanın balanslaşdırılmış və düşünülmüş siyasətinin məntiqinə uyğundur. "Yeri gəlmişkən, bizim bu təşkilatda müşahidəçi statusumuz var. Yəni biz sıfırdan meydana çıxmışıq, orada heç bir səsvermə hüququmuz olmayıb və birdən-birə quruma üzv olmaq qərarına gələn kimi deyil", - Paşinyan bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ümumi əhalisi təxminən 3,5 milyard nəfər olan on dövlətdən ibarət beynəlxalq birlikdir. Bunlar Rusiya, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Belarusdur. Onun əsası 2001-ci il iyunun 15-də Çinin Şanxay şəhərində bu dövlətlərin başçılarının görüşündə qoyulub. Rəsmi dillər rus və çin dilləridir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciət Ermənistanın maraqlarına uyğundur.

Oqtay Qasımov

“İlk növbədə, nəzərə almalıyıq ki, Ermənistanın bu təşkilata üzv ölkələrlə özünün ayrı formatlarda təmsilçiliyi var. Yəni Avrasiya İqtisadi İttifaqı və KTMT kimi təşkilatlarda Ermənistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi ölkələrlə də tərəfdaşdır. Bu prosesdə Ermənistanın qazancı, Çinlə münasibətlərin normallaşması ola bilər. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələrlə də münasibətlərin inkişafı baxımından Ermənistan fayda görəcək. Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük həm də gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Çin tərəfindən Ermənistanın müəyyən təşviqlərin edilməsinə də səbəb ola bilər”-deyən politoloq qeyd edib ki, buda Ermənistanın maraqlarına uyğun olacaq bir məsələdir.

Oqtay Qasımov vurğulayıb ki, Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatında artıq müəyyən səviyyələrdə, yəni müşahidəçi statusunda iştirak edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
bizimyol.info

1Sources