EN

Belçika ilə oyundan əvvəl son hazırlıq həftəsi

Azərbaycanın kişilərdən ibarət voleybol millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına bir həftə qalmış son hazırlıq mərhələsini keçirir.

İdman.biz xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandanı iki qarşılaşma gözləyir.

Millimiz avqustun 13-də səfərdə Belçika, 16-da Bakıda isə Avstriya ilə qarşılaşacaq.

Seçmə mərhələnin ilk oyunları ötən il baş tutub. Həmin qarşılaşmalarda yığmamız hər iki rəqibinə – səfərdə Avstriyaya və evdə Belçikaya 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, hazırda Belçika komandası qrupun lideridir. Onlar ilk iki oyunda 6 xal toplayıb və hələ ki, heç bir setdə uduzmayıblar.

İdman.biz

Məqalədə:
Chosen
48
1
idman.biz

2Sources