EN

Qananın nazirlər helikopter qəzasında həlak olub

Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama helikopter qəzasında həlak olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.

Qananın prezident ofisinin məlumatına görə, müdafiə nazirindən başqa, ətraf mühit və elm-texnologiya naziri İbrahim Murtala Məhəmməd də helikopter qəzasında həlak olub.

Helikopterdə 3 ekipaj üzvü və 5 sərnişin olub.

Hadisənin detalları ilə bağlı hələlik məlumat yoxdur.

Chosen
86
2
apa.az

6Sources