EN

Qanada iki nazir hərbi helikopterin qəzaya uğraması nəticəsində ölüb

Qanada iki nazir hərbi helikopterin qəzaya uğraması nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Qana hökumətini mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd hadisə nəticəsində həlak olublar.

Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.

Hadisənin səbəbi məlum deyil.

Chosen
50
10
report.az

10Sources