"Qalatasaray"ın ulduz futbolçusu Barış Alper Yılmaza Avropa klublarından maraq artmaqdadır. Metbuat.az xəbər verir ki, İngiltərə Premyer Liqa klubunun futbolçu üçün 30 milyon avro və 5 milyon avro bonus da daxil olmaqla transfer təklifi irəli sürüb. Məlumata görə, təklifə həmçinin futbolçunun uğurları ilə əlaqəli performansa əsaslanan bəndlər və bonuslar daxildir. İddialara görə, futbolçu özü də İngiltərə Premyer Liqasında oynamaq istəyir. Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi Barış Alperi 2021-ci ildə 2,1 milyon avroya "Keçiörengücü"dən transfer edib.