Ajans.az xəbər verir ki, bu ilin yanvarında Qazaxıstan millisindən ayrılan çalışdırıcı Qroznı təmsilçisi "Axmat"ın "sükanı arxası"na keçib. Məlumatı Çeçenistan klubunun mətbuat xidməti yayıb. 61 yaşlı mütəxəssis 3 illik müqaviləyə imza atıb. "Axmat" dünən baş məşqçi Aleksandr Storojukla əməkdaşlığa son qoyduğunu bəyan etmişdi. Xatırladaq ki, Çerçesov 2012/2013 mövsümündə də "Axmat"da (klub o vaxt "Terek" adlandırılırdı - red.) işləyib. Komanda onun rəhbərliyi altında Rusiya Premyer Liqasında (RPL) 8-ci yeri tutmuşdu ki, bu da Çeçenistan təmsilçisinin tarixinin ən yaxşı nəticəsidir.