EN

“Sabah”la oyunöncəsi daha bir itki – “Levski”də

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Levski”nin heyətində daha bir itki baş verib.

Msport.az xəbər verir ki, Georgi Kostadinovdan sonra Kristian Dimitrov da sıradan çıxıb.

28 yaşlı mərkəz müdafiəçisi II təsnifat mərhələsinin “Braqa” ilə oyununda zədələnib. Təcrübəli futbolçu bu gündən məşqlərə başlayıb. Onun Azərbaycan təmsilçisinə qarşı oynamaq ehtimalı azdır.

Qeyd edək ki, “Levski” – “Sabah” qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Chosen
28
2
msport.az

3Sources