EN

Mina təhlükəsi davam etməkdədir - Ombudsman

Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğaldövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülkiəhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdədavam edir.

Belə ki, ötən gün Kəlbəcər rayonu ərazisində AzərbaycanOrdusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlifdərəcəli bədən xəsarətləri almışdır.

Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədəkdəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsızinsanların həyata və sağlamlıqlarına böyük təhdid olaraqqalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburiköçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyatakeçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitəciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına dasəbəb olur.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiqxəritələri barədə məlumatların təqdim olunması ilə bağlıtərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlananmüraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfibeynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq buməlumatları təqdim etməkdən boyun qaçırır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiqmina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətindəErmənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekolojicinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskinreaksiya verməyə çağırıram.

Chosen
56
37
az.trend.az

10Sources