EN

Azərbaycanın velosiped idmanı üzrə yığmaları Gədəbəydə təlim-məşq toplanışı keçəcəklər

Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən məlumat verilib.

Ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılar təşkil ediləcək nəzəri-praktiki məşqlərdə və təlimlərdə öz peşəkarlıq səviyyələrini yüksəldəcəklər.

Təlim-məşq toplanışına yola düşməzdən əvvəl tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib. Tədbiri giriş sözü ilə açan federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Xüsusilə yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da yığma üzvlərimizin oktyabrda Fransada keçriləcək Avropa çempionatına hazırlığı üçün olduqca önəmlidir.

Chosen
65
6
90deqiqe.az

8Sources