EN

İsrail Yunanıstandakı səfirlik işçilərini geri çağırır

İsrail hökuməti Yunanıstanda artan anti-İsrail əhval-ruhiyyəsi fonunda Afinadakı səfirlik əməkdaşlarını geri çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “İsrael Hayom” qəzeti yazıb.

Məlumata görə, Siros və Rodos adalarında keçirilən anti-İsrail və Qəzzaya dəstək nümayişləri vəziyyətin kəskinləşməsinə səbəb olub.

İsrailin Yunanıstandakı səfiri Noam Katz da Afinadakı divarlarda yazılmış Fələstin tərəfdarı şüarların antisemit xarakter daşıdığını və bu vəziyyətin israilli turistləri narahat etdiyini vurğulayıb.

O, bələdiyyə başçısı Kostas Doukası bu yazıların qarşısını almamaqda ittiham edib. Yunanıstan Kommunist Partiyası isə İsrail səfirinin bəyanatını kəskin şəkildə qınayıb.

Chosen
60
publika.az

1Sources