EN

Kamçatkanın silkələnməsi davam edir: 6,4 bal gücündə zəlzələ

Kamçatkada 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 213 kilometr məsafədə, 39,3 kilometr dərinlikdə qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofiziki Tədqiqatlar Federal Tədqiqat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Kamçatkada baş verən güclü zəlzələdən sonra dağıdıcı olmayan afterşoklar gözlənilir. Qeyd olunur ki, son 24 saat ərzində Kamçatkada 50-yə yaxın zəlzələ baş verib.

Xatırladaq ki, iyulun 30-da Kamçatkada 8,8 bal gücündə 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Şimal Kuril adalarında da 8 bala qədər olan yeraltı təkanlar hiss olunub. Dörd sunami dalğası liman infrastrukturuna və digər obyektlərə qismən ziyan vurub.

Chosen
62
50
publika.az

10Sources