EN

Üç il əvvəl Tovuzda evi yandıraraq 2 qadını qətlə yetirən şəxslərə hökm oxunub

Bakı.Trend:

Üç il əvvəl oğurluq məqsədilə Tovuzda evə girən və evdə olan 2qadını qətlə yetirən şəxslərin işi üzrə məhkəmə işi yekunlaşıb.

Trend-inməlumatına görə, cinayət işi üzrə 7 şəxsə hökm oxunub.

Belə ki, hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndindəqeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisəyerinə polis əməkdaşları və yanğın söndürənlər cəlb olunub. Yanğınsöndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu,70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb.

Evə oğurluq məqsədilə girmiş şəxslər bıçaqla hər iki qadınıöldürdükdən sonra evdən 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədədmobil telefon götürüblər. Daha sonra evi yandırıblar.

Qeyd edək ki, Y.Quliyeva tək yaşayırmış. Onun övladlarından birihazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. HəqiqətCabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilənşəxslər müvafiq olaraq 5 il 6 ay, 2 il 1 ay 29 gün, 2 il 6 ay 29gün, 2 il 29 gün, 2 il, 10 il və ömürlük həbsə məhkumediliblər.

Məqalədə:
Chosen
111
50
az.trend.az

10Sources