EN

Rusiya Azərbaycandan Ukraynaya qaz tədarük edən stansiyaya hücum edib

Bu barədə Ukrayna Energetika Nazirliyi bəyanat yayıb. Qeyd edilib ki, avqustun 6-na keçən gecə Rusiya qaz infrastrukturu obyektinə - Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində yerləşən Ukraynanın GTS operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib.

Bu kompressor stansiyası artıq ABŞ-dan LNG və Azərbaycan qazının sınaq həcmlərini tədarük edən Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi idi.

Avqustun 6-da bu təchizatları təmin edən avadanlıq Rusiyanın onlarla hücum PUA-sı tərəfindən hücuma məruz qalıb.

“Bu, Rusiyanın sırf mülki infrastruktura, konkret olaraq enerji sahəsinə və eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşları ilə münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına zərbəsidir”, - deyə bəyanatda bildirilir.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk vurğulayıb ki, bu hücum 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropaya verilən bir siqnaldır.

“Əgər ruslara bizim enerji infrastrukturumuzu və qaz marşrutlarımızı cəzasızlıq şəraitində vurmağa icazə verilsə, o zaman Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasızlıq yalnız terroru genişləndirir”, -deyə nazir qeyd edib.

AzVision.az

Chosen
20
4
azvision.az

5Sources