EN

Rusiya Ukraynanın qaz infrastrukturuna dron hücumu etdi

BAKI, 6 avqust. TELEQRAF

Rusiya Ukraynanın Rumıniya sərhədi yaxınlığında yerləşən qaz infrastrukturuna – kompressor stansiyasına onlarla dronla hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmin kompressor stansiyası Yunanıstandan Ukraynaya qazın ötürülməsində mühüm rol oynayırdı.

"Bu marşrutla ABŞ-dən mayeləşdirilmiş qaz (LNG) və Azərbaycanın sınaq qaz həcmləri Ukraynaya çatdırılırdı",- məlumatda deyilir.

Ukrayna Energetika Nazirliyi hücumu qəsdən mülki infrastrukturun hədəfə alınması və beynəlxalq enerji əməkdaşlığına zərbə kimi qiymətləndirib.

Chosen
111
teleqraf.com

1Sources