EN

İstirahətə gedən gəncin meyiti tapıldı

Türkiyənin  Fethiye bölgəsinə istirahətə gedən gəncin meyiti tapılııb.
 
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sərxoş olduğu bildirilən 25 yaşlı Muhammet Ali Yavaş 7 metr hündürlükdən yıxılaraq həyatını itirib. 

İçkili vəziyyətdə olduğu və bir müddət əvvəl həbsxanadan çıxdığı bildirilən Yavaş naməlum səbəbdən təxminən 7 metr hündürlükdən yıxılıb. Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Müayinədən sonra Yavaşın öldüyü məlum olub. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
 
 

Chosen
54
1
7news.az

2Sources