EN

Əli Əsədov 2 qərar İMZALADI

Nazirlər Kabineti “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nı təsdiq edib.

News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, elektron xidmətin təşkili Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyi nəzərə alınmaqla həyata keçiriləcək. Elektron xidmətlər informativ, interaktiv və ya proaktiv formada həyata keçirilə bilər.

Bundan başqa, elektron xidmət üzrə ödənişin həyata keçirilməsi imkanı xidmət göstərilməsinin gedişatı zamanı real vaxt rejimində və elektron formada təminatçı tərəfindən təmin ediləcək.

***

Nazirlər Kabineti 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası”nda dəyiliklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul ediləcək və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək 2 iş günü müddətində müraciət etmiş quruma təqdim olunacaq.

Bundan başqa, uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul ediləcək və qərarın surəti 2 iş günü müddətində müraciət etmiş quruma göndəriləcək.

İndiyə qədər həmin müddətlər 1 gün idi.

Chosen
78
5
news24.az

6Sources