Bütün dünyada çimərliklər sahil zolağının deqradasiyası səbəbindən yox olmaq təhlükəsi altındadır. Qum itkisi bunun qarşısını almağa imkan vermir.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Bildirilir ki, mütəxəssislər Mayamidən Barselona və Avstraliyanın Qızıl Sahilinə qədər yaxın onilliklərdə sahil zolağının eroziyadan qorunması yollarını axtarırlar. Eroziyanın bir hissəsi təbii amillərdən qaynaqlanır. Nəşr qeyd edir ki, vəziyyət buzlaqların əriməsi ilə nəticələnən fırtınalar, insanların yaratdığı qlobal istiləşmə nəticəsində Ay və Günəşin cazibə qüvvələri səbəbiylə dəniz səviyyəsinin yüksəlməsi ilə daha da pisləşir.
Bildirilir ki, ABŞ-ın Rodante şəhərində 2020-ci ildən bəri sahil eroziyasına görə 11 ev su altında qalıb. Yerli administrasiya hesab edir ki, çimərliklərin bərpası üçün 40 milyon dollardan çox vəsait tələb olunacaq. Büdcə isə bu xərcləri qarşılamağa imkan vermir. Barselona ildə 30 min kubmetr qum itirir ki, bu da 12 olimpiya su anbarının həcmi ilə müqayisə edilə bilər.