EN

"Hizbullah"ın Suriyadakı komandiri İsrail ordusu tərəfindən öldürülüb

Livanın şimal-şərqindəki Bekaa bölgəsində "Hizbullah" təşkilatının Suriyadakı qrupuna rəhbərlik edən Husama Qasem Qaraba öldürülüb.

7News.Az İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Qüvvələri də təsdiqləyib.

İsrail tərəfi iddia edir ki, Husama Qasem Colan təpələri istiqamətində həyata keçirilən raket hücumu əməliyyatlarına rəhbərlik edən şəxs olub. Əməliyyatı İsrail Hərbi Hava qüvvələri həyata keçirib.

Chosen
58
2
7news.az

10Sources