EN

Qəzzada aclıqdan ölənlərin sayı 200-ə çatır

Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağında ən azı 193 nəfər, o cümlədən 96 uşaq aclıqdan ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, təkcə son 24 saat ərzində Qəzzada tibb müəssisələrində yerli sakinlərin qida çatışmazlığından ölməsi ilə bağlı 5 yeni hadisə qeydə alınıb. 2 mart 2025-ci ildən Qəzza zolağına heç bir beynəlxalq humanitar yardım daxil olmayıb; İsrail bütün nəzarət-buraxılış məntəqələrini bağlı saxlamağa və İsrailin ABŞ-nin idarə etdiyi Qəzzaya Humanitar Yardım Fondu vasitəsilə qida paylamağa qərar verib.

Chosen
111
50
hafta.az

10Sources