Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya məlumat verilib.
Rauf Əsədov 1999-cu ildən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayında müxtəlif vəzifələrdə, 2019-cu ildən etibarən Mühafizə Alayanın komandiri vəzifəsində çalışıb, məsuliyyətli və peşəkar fəaliyyəti ilə fərqlənib.
2025-ci ilin 20 iyun tarixində ədliyyə nazirinin müvafiq əmri ilə nümunəvi xidmət etdiyinə və hərbi xidmət vəzifələrini yerinə yetirdiyinə görə ona vaxtından əvvəl polkovnik rütbəsi verilib.