EN

Elektrik naqillərin istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 5 578,8 ton elektrik naqillər istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 13,2 faiz və ya 651,2 ton çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 32,6 faiz və ya 290,7 ton artım müşahidə olunub. İyun ayında 1 182,2 ton elektrik naqillər istehsal edilib.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 604,4 ton təşkil edib.

Chosen
49
7
operativmedia.az

8Sources