Karol Navrotski rəsmi olaraq Polşa Prezidenti vəzifəsinə başlayıb.
Andiçmə mərasimi avqustun 6-da parlamentin aşağı palatası olan Seymin plenar iclaslar zalında keçirilib.
Konstitusiyaya uyğun olaraq, Navrotski hər iki palatanın - Seym və Senatın deputatlarından ibarət olan Milli Məclis qarşısında and içib.
Seymin spikeri Şimon Holovnya, Navrotskinin dövlət başçısı vəzifəsinə başlamasını rəsmi olaraq təsdiqləyib.