Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi dəmiryol marşrutuüzrə Dərnəgül stansiyasının tikintisinə başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan DəmirYolları” QSC-dən məlumat verilib.
Layihə çərçivəsində stansiyada 4 ədəd platforma, 2 ədəd turniketbinası inşa olunacaq.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başa çatdırılmasıplanlaşdırılır.
Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsədsərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşerondairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhalitəbəqəsi üçün əlçatanlığını təmin etməkdir.