Olaylar.az xəbər verir ki, bu barədə partiyanın həmtəsisçisi Mane Tandilyan sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Onun paylaşdığı təkliflər arasında aşağıdakı bəndlər yer alır:
• Azərbaycan bütün əsirləri və saxlanılan şəxsləri Ermənistana təhvil verir və onlara qarşı cinayət təqibini dayandırır;
• Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən dərhal çıxarılır;
• Dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi ATƏT-in "Dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası: çağırışlar və həllər" rəhbər sənədinə uyğun olaraq maksimum 3 il ərzində başa çatdırılır;
• Hər iki ölkənin rəsmiləri və cəmiyyətində qarşılıqlı nifrət ritorikasına son verilir;
• Əvvəllər imzalanmış sənədlərdəki qarşılıqlı öhdəliklər ləğv edilir;
• Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində və sərhəd boyunca beynəlxalq sülhməramlı qüvvələrin müddətsiz yerləşdirilməsi təmin olunur;
• Qarabağ ermənilərinin geri dönüşü və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu sülhməramlı qüvvələr fəaliyyət göstərəcək;
• Ermənistan ilə Qarabağ arasında fasiləsiz əlaqə və humanitar yardımın çatdırılması üçün beynəlxalq nəzarət təmin olunacaq;
• Ermənistan və Azərbaycan arasında yolların açılması və qarşılıqlı tranzit daşımalar üçün 20 il müddətinə ödənişsiz rejim tətbiq ediləcək;
• Hər iki ölkənin vətəndaşları və yükləri digər ölkənin ərazisindən keçərkən beynəlxalq müşayiət qrupları tərəfindən müşayiət olunacaq.
Təkliflərdə qeyd olunur ki, bu beynəlxalq sülhməramlı qüvvələr və müşayiət qrupları ABŞ-nin təşəbbüsü və rəhbərliyi ilə yaradılmalı, digər ölkələrin iştirakı isə yalnız Ermənistan, Azərbaycan və ABŞ-nin razılığı ilə mümkün olmalıdır.